Root Domain üzərindəki istifadəçilərə Child domain üzvlüyündə olan komputerlərdə hüquqların verilməsi

Dostlarımızdan biri infrastrukturunda Root Domain üzərindəki hər hansı bir istifadəçiyə Child Domain üzvlüyündə mövcud olan komputerlərdə lokal admin hüququnun necə təyin olunacağının  çətinliyi ilə qarşılaşıdğını yazır. Aşağda qeyd olunan şəkildəki kimi bir qurluşu düşünsək, qeyd etdiyimiz həll vasitəsilə çətinliyi aradan qaldırmaq mümkündür.

child-domain-example

 1. Öncə Child Domain üzərində (samur.technet.az) Admin Group adında bir GPO yaradaq.

01

2. Sonra həmin GPO üzərindən – Computer Configuration Windows SettingsSecurity SettingsRestricted Groups bölməsinə daxil olduqdan sonra sağ düymə vasitəsilə Add Group  əmrini seçirik.

02

3. Location bölməsindən Root Domain altından qrupun yerləşdiyi bölməni seçirik.

03

4. Biz bu məqaləmizdə birbaşa Root Domain  adı altından Domain Admins qrupunu seçirik.

04

5. Qrupu əlavə edərək davam edirik.

05

6. Bu pəncərədə Technet\Domain Admins qrupunun hansı qrupa üzv olacağını təyin edirik (This group is a member of). Bizə ehtiyac olacaq qrup Administrators qrupudur.  Şəkillərdə qeyd olunmuş qaydada addımları tamamlayırıq və əgər qaydaların həmin an tətbiq olunmasını istəyiriksə istifadəçi komputerində CMD üzərindən gpupdate /force əmrini icra edirik.

06

7. Son nəticə olaraq Child Domain-ə (samur.technet.az) üzv etdiyimiz komputer üzərində – Administrators qrupu bölməsində  Root Domain-ə aid Domain Admins qrupunun əlavə olduğunu görürük.  İstədiyimiz təqdirdə başqa qrup yaradıb, həmin qrup altına istədiyimiz istifadəçiləri daxil edib Restricted Groups bölməsinə daxil edə bilərik.

09

İnanıram ki, bu mövzu bu tipli problem yaşayan dostlarımızda ümumi fikir yaradacaq.

Uğurlar

Elgüc Yusifbeyli

______________

MCT

Baxılıb :3087

One comment

  1. Çox sağolun, kömək etdiyiniz üçün təşəkkürlər!

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.