Window Server 2012 Essentials Upgrade to Standard – DİSM

Bu məqaləmizdə  fərqli upgrade metodunu izah etməyə çalışacağam. Bildiyimiz kimi, sistemlər arası keçidlərdə bizim istifadə etdyimiz yüksəltmə metodu disk üzərindən həyata keçirilir. Lakin digər bir yöntəm olaraq biz bu yüksəltməni online upgrade və yaxud transition adlandıra bilərik. Aşağdakı addımları izləyərək bu yüksəltməni necə həyata keçirəcəyimizə nəzər yetirək.

1. Aşağdakı şəkildən göründüyü kimi, hazırda sistem Window Server 2012 Essentials-dir və biz bu ƏS-ni Standard Edition-a yüksəldəcəyik.

DSIM_00

2. ƏS-nin versiyasını dism köməkçi aləti vasitəsilədə öyrənə bilərik. CMD və yaxud PowerShell üzərindən aşağdakı əmri icra etməniz yetərli olacaq.

  •  Dism /online /get-currentedition

DSIM_01

3.  Aşağdakı əmri icra edərək hansı versiyaya yüksəltmə edə biləcəyimiz haqqında informasiya əldə edə bilərik.

  •  Dism /online /get-targeteditions

DSIM_02

4. Yüksəltmə edə biləcəyimiz Server versiyası Standart Edition olduğu üçün, bu versiyaya aid şifrəmizi daxil edərək upgrade əməliyyatını tamamlayırıq.

  • Dism /online /set-edition:ServerStandard /ProductKey:XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX /AcceptEula

  DSIM_03

5. Sistem yenidən başladıqdan sonra gördüyünüz kimi ƏS-i yeni verisyaya normal şəkildə yüksəldildi.

DSIM_04

6. Bu addımlardan sonra Window Server 2012 Essentials-ə aid bəzi qalıqları təmizləməyə ehtiyac var. Aşağdakı qaydada TurnOffFeaturesWizard adlı sehirbazı çağıraraq əməliyyatımızı tamamlayırıq.

  • %systemdrive%\Program Files\Windows Server\Bin\TurnOffFeaturesWizard.exe

DSIM_05

7. Əgər backup fayllar mövcuddursa aşağdakı bölməni işarə edirik. Next

DSIM_06

8. Əməliyyat sona çatdıqdan sonra sistemi yenidən başladırıq.

DSIM_07

Bu əməliyyatları tamamladıqdan sonra artıq Server 2012 Standart Editionun imkanlarında yararlana bilərsiniz. Hər iki məhsulun lisenziyalaşma prinsipi fərqli olduğu üçün aşağdakı keçidi incəlmək daha uyğun olacaq.

Transition from Windows Server 2012 Essentials to Windows Server 2012 Standard

Qeyd: Bu metod hər ƏS-i üçün keçərli olmaya bilər.

Ümid edirəm ki, yararlı bir mövzu olmuşdur.

Elgüc Yusifbəyli
_____________________

MCT

Könüllü ol ki, könüllərdə izin qalsın.

Baxılıb :2496

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.