Windows Server 2012 – NİC Teaming

Bu məqaləmizdə Server 2012 üzərində şəbəkə kartlarının qruplaşıdırılması haqqında danışacağıq. Termin olaraq NİC Teaming deyə adlandırılan bu funksionallıq Microsoft Server Sistemlərində bir yenilikdir. Əvvəlki ƏS-lərində bu əməliyyatı başqa proqram təminatlarından yararlanaraq həyata keçirirdik. Artıq Windows Server 2012 ilə bu proqram təminatlarına olan ehtiyac aradan qalıdırılıb.

NİC Teaming nə deməkdir ?

Bu funksionallığın məqsədi iki cür qələmə verilə bilər.

– trafikin balanslaşdırılmasını təmin etmək

– şəbəkə kartarından birində yaranmış nasazlığa görə məlumatların digər şəbəkə kartı üzərindən yönləndirilməsini təmin etmək

Yəni NİC Teaming Load Balancing / Failover məqsədini daşıyır deyə bilərik. NIC Teaming üçün istifadə olunan dəyişik terminlər Server 2012 də aşağıdakı kimi səslənir.

Terminlər Windows Server 2012
IEEE 802.3ad LACP (or IEEE 802.1ax LACP)
Link Aggregation Group (LAG) Team (often refers to a team that uses LACP)
Load Balancing and Failover (LBFO) NIC Teaming
NIC Bonding NIC Teaming

Şəbəkə kartlarının qruplaşıdırlması üçün iki seçim mövcuddur.

a) Switch Dependent Mode – Bu tip tənzimləmədə şəbəkə kartları eyni switch-ə bağlıdır.

b) Switch Independent Mode Bu tip tənzimləmədə şəbəkə kartları fərqli switch-lərə bağlıdır.

00

Ümumi məlumatlardan sonra şəbəkə kartlarının qruplaşıdırlmasının tətbiqinə nəzər salaq.

1. Server İdaretmə Panelindən –Local Server – NİC Teaming seçərək davam edək.

01

2. Tələb olunan şəbəkə kartlarının sayı minumum 2 ədəddir. Şəbəkə kartlarını seçdikdən sonra Add to New Team deyərək davam edirik.

02

3. Team name – uyğun bildiyimiz bir ad daxil edirik. Şəbəkə kartları fərqli switch-lərə baxıdığı üçün Switch Independent seçirik. Address Hashing – əvvəlki standart qaydaları özündə cəmləşdirir. Hyper-V Port virtallaşdırma üçün daha əlverişlidir. Standby Adapter – şəbəkə kartlarından birinin passiv vəziyyətdə gözləməsidir. Acitve vəziyyətdə hər iki şəbəkə kartı fəaliyyət göstərir.

03

4. Üstəki addımları tətbiq etdikdən sonra aşağdakı kimi əlavə bir şəbəkə kartı yaranmış olacaq. Biz bütün əməliyyatları bu şəbəkə kartı üzərindən davam etdirəcəyik.

04

5. Hər hansı bir vlana üzvlüyün tətbiqini və yaxud ləvğini gerçəkləşdirmək üçün Team -İnterfaces bölməsindən qrup adı üzərindən Properties bölməsinə daxil oluruq.

05

6. Uyğun Vlan adresini daxil edirik.

06

7. Göründüyü kimi əlavə olaraq yeni bir şəbəkə kartı yaranmış oldu.

07

Bu bölmədə sadəcə Vlanlar misal olaraq göstərdik, bu tip imkanlardan yararlanmaq mümkündür, əgər qarşı tərəfdə yəni switch-lər üzərində vlanalarla bağlı doğrü tənzimləmələr aparılıbsa serverlər üzərində bu imkanlardan yararlana bilərsiniz.

Geniş informasiya üçün aşağdakı keçidlərdən yararlana bilərsiniz.

NIC Teaming Overview

Windows Server 2012 NIC Teaming (LBFO) Deployment and Management

Yararlı olması diləyilə.

Qeyd: Məqalə daxilində sözü gedən NİC Teaming kəliməsi – Şəbəkə Kartlarının Qruplaşıdırlması kimi təqdim olunmuşdur. Əgər daha gözəl təklifləriniz varsa zəhmət olmsa qeyd edin.

 

Elgüc Yusifbəyli
________________

MCT
Müəllif hüquqları qorunur

 

Baxılıb :4384

3 comments

  1. thanks for this post 🙂

  2. Təşəkkür edirəm

  3. Mən təşəkkür edirəm. Uğurlar

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.