Exchange 2010 Database Availability Group

Xoş gördük. Bu məqaləmizdə Exchange Server 2010 vasitəsilə tanıdğımız Database Availability Group haqqında sizləri məlumatlandırmağa çalışacağam. Bildiyimiz kimi, böyük şirkətlərdə infromasiyanın daimliyi, sabitliyi ciddi məsələlərdən birdir. İT sahəsi üzrə məhsul istehsal edən şirkətlərdə bu mövzularda bəzi həllər təklif edir ki, bunlardan biridə Microsoft Şirkətinin məhsulu olan Exchange Server 2010 üzərindəki DAG funksiyasıdır.

Database Availability Group – vasitəsilə biz mailbox serverlərin bazalarının bir kopyasını digər mail serverlər üzərində tuta bilərik ki, bu imkan vasitəsilə hər hansı bir səbəbə görə mail serverlərdən biri sıradan çıxarsa digəri kəsinti olmadan mail xidmətini davam etdirəckədir. Microsoft şirkəti DAG-n sazlanması üçün minimum 3 server tövsiyə edir. Lakin nəzərə alsaq ki, bəzi şirkət və qurumlarda imkanlar məhdud olduğu üçün 2 server daha məqsədə uyğundur. Biz məqaləmizdə 2 serverdən istifadə edəcəyik. Database Availability Group – minimum 2 maksimum 16 nod dəstəkləyir. Qısa olaraq nəzəri biliklər verdikdən sonra aşağıdakı ardıcllıqları tamamlayaraq Database Availability Group rahat bir şəkildə qura bilərsiniz.

Quruluma keçmədən öncə aşağıdakı arxitekturanı nəzərdən keçirək.

Şəkildən göründüyü kimi, DAG-ŞƏBƏKƏ adı altında ayırdığımız şəbəkə replikasiya üçün istifadə olunacaq. Digər şəbəkəmiz isə adından göründüyü kimi, real istifadəçilərimizin bağlandığı şəbəkə qrupu olacaq.

1. Öncə şəbəkə kartları üzərində dəyişklik edəcəyik. Qeyd edim ki, bu məqaləmizdə Exchange Serverin qurulumundan bəhs etməyəcəyik. Exchange Server 2010 vasitəsi ilə gələn ən önəmli yeniliklərdən biri də qurulu olan Excahange Serverlər üzərində sonradan DAG qurmaq imkanımızın olmasıdır.

Bu dəyişiklikləri hər iki Exchange Server üzərində həyata keçiririk. Uyğun ip adreslərini daxil edirik.

a) Şəbəkə kartları üzərində İPv6 disable edirik.

b) DAG üçün ayırdığımız şəbəkə kartları üzərində DNS bölməsində – Register this connection’s addresses in DNS bölməsini ləvğ edirik.

c) DAG üçün ayırdığımız şəbəkə kartları üzərində WINS bölməsində – Disable NetBIOS over TCP/IP seçirik.

Hər iki Exchange server üzərində bu əməliyyatları tamamlayırıq.

2. Network Connections – bölməsindən – Advanced – Advanced Settings – Adapter and Bindings bölməsindən daxili şəbəkə üçün ayırdığımız lan kartını ilk sıraya çəkirik.

Hər iki Exchange server üzərində bu əməliyyatları tamamlayırıq.

Bu əməliyyatları tamamladıqdan sonra. FSW Server üzərində dəyişklik edəcəyik.

FSW – File Share Witness qovluğu üzərində cluster-a aid informasiyalar saxlanılır ki, serverlərdən hər hansı birində kəsinti və s, kimi problemlər çıxdğı anda FSW hansı Nodun xidmət göstərəcəyinə və Nodların qərarsız qalmasının önünə keçmiş olur.

3. DC -üzərinə gələrək Active Directory Users and Computers bölməsindən Microsoft Exchange Security Groups Exchange Trusted Subsystem qrupuna daxil olaraq FSW –Serveri həmin qrupa üzv edirik.

Qurulum zamanı müəyyən problemlərlə qarşılamamaq üçün FSW Server üzərinə gələrək, Exchange Trusted Subsystem qrupunu lokal Administrator qrupuna üzv edirik.

Artıq digər əməliyyatları tamamladığımıza görə DAG sazlanması üçün aşağıdakı addımları izləməniz yetərli olacaq.

1. Exchange Management Console (EMS) açaraq, Organization Configuration – Mailbox bölməsindən – New Database Availability Group seçərək sehirbazı çalışdırırıq.

2. Açılan pəncərədən DAG name bölməsinə şəbəkədə mövcud olmayan uyğun bir ad daxil edirik. Witness Server bölməsinə witness serverin adını və yaxud FQDN adını daxil edirik (məqalə içində FSW adlandırdığımız server). Witness Directory: FSW server üzərində hansı qovluğa yazacağını təyin edirik.

3. Finish.

4. DAG bölməsi altında yaratdığımız qrup adı üzərində sağ düymə vuraraq Properties – bölməsini seçirik.

5. İP Addresses – Add – deyərək DAG üçün bir ip təyin edirik.

6. DAG bölməsi altında yaratdığımız qrup adı üzərində sağ düymə vuraraq Manage Database Availability Group Membership – bölməsini seçirik.

7. Add – deyərək qrupa üzv edəcəyimiz serverləri seçərək qrupa daxil edirik.

8. Bizi 2 ədəd Nod qurduğumuz üçün hazırda burda 2 ədəd server görsənir. həmin nodları seçərək qrupa daxil edirik.

9. Finish.

10. Son olaraq aşağıdakı nəticəni əldə edirik. Ehtiyac olarsa replikasiyanın ancaq DAG subneti üzərində gerçəkləşməsi üçün LAN olaraq adlandırdığımız qrup üzərindən Enable replication bölməsinədən işarəni ləvğ edirik.

11. Failover Cluster Manager – bölməsini açdığımızda artıq hər iki nodun normal şəkildə xidmət göstəridiyni görürük. Bildiyimiz kimi, Exchange 2010 eynilə ilə əvvəlki versiylar kimi cluster xidmətindən istifadə edir. Digərlərindən fərqli olaraq bu əməliyyatı sizin yerinizə DAG qurlumu zamanı Exchnage Server gerçəkləşdirir.

Bu hissəni tamamladığımız üçün sıra gəldi database-lərin kopyalanmasına. Aşağıdakı bir neçə addımı izləyərək məqaləmizi sonlandıracağıq.

12. Database Management – bölməsinə daxil olduqdan sonra, databaselərdən birini seçərək digər Nodumuz üzərində database-in bir kopyasını yaratmış oluruq. Serverlər üzərində 2 baza mövcud olduğu üçün bu əməliyyatı digər baza üçündə təkrar edirik.

13. Browse

15. Ikinci Nodumuz əlavə edirik.

16. Add

17. Finish.

18. Hər iki bazanın kopyasını yaratdıqdan sonra müəyyən müddət ərzində bazalar tam replikasiya olacaqdır.

Bazalar tam replikasiya olduqdan sonra sistemi test etmək üçün serverlərdən birini söndürə və yaxud şəbəkə kartlarını passiv vəziyyətə gətirərək nəticəni test edə bilərik. Şəkildən də göründüyü kimi, ikinci Nod sönülü vəziyyətdə olduğu halda belə bazaların hər iksi aktiv moddadır. Bəzi hissələri qısa tutaraq məqaləmizi burda sonlandırırıq. İnanarm ki, dostlarımız üçün yararlı olacaq bir məqalədir. Suallarınız üçün http://forum.technet.az adresindən istifadə etməyinizi xahiş edirik.

Elgüc Yusifbəyli

________________________

MCT

Müəllif hüquqları qorunur

Baxılıb :2519

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.