Exchange Server 2010 Haqqında (1)

Xoş gördük. Bu məqaləmizdə  Microsoft şirkətinin mail xidməti göstərən Exchange Server 2010 məhsulu haqqında məlumat verməyə çalışacağam. Bildiyimiz kimi günümüzdə artıq mail alış-verişi artıq o qədər ciddi bir həddə gəlib çatıb ki, dünyanın bir çox şirkətlərinin işləri tamamilə mail serverlərdən asılıdır. Bir çox böyük şirkətlər şəbəkəsinin mail axışını təmin etmək üçün mail xidməti göstərən bir çox məhsuldan istifadə edirlər ki, bunların arasında geniş yayılmış mail serverlərdən biridə Exchange Server 2010-dur. Exchange server istər Microsfotun əvvəlki Exchange məhsullarından istərsədə digər vendorların məhsulları ilə müqaisə etdikdə  imkanlarına və funksionallığına görə daha çox fərqlənir. Microsoft şirkəti Exchange struktrunu Clouda (Bulud Texnologiyası) daşıyaraq eyni zamanda Exchange Online xidmətidə göstərməkdədir. Exchange Server 2010 Microsofun Exchange 2007  məhsuluna bənzəsədə bir çox ciddi dəyişiklikər və yeni imkanlar əlavə olundu. Bunlar haqqında məqaləmizin digər hissələrində izah verməyə çalışacağıq. Öncə Exchange server 2010-nun  sazlanması üçün Microsoft şirkətinin tələblərinə nəzər yetirmək üçün aşağıdakı keçidlərdən istifadə edin.

1. Exchange Server 2010 Trial (120 günlük ) 

2. Exchange Server 2010-nun sazlanması üçün tələblər (Tam siyahı)

3. Exchange Server 2010-nun sazlanması üçün tələblər

4. Exchange 2010 Mailbox Server Role Requirements Calculator

5. Exchange Server Supportability Matrix

Microsoftun rəsmi səhifəsindən alınmış aşağıdakı siyahıdan ehtiyac olan minimum tələblərə nəzər yetirməkdə fayda var.

To run Microsoft Exchange Server 2010 you need:

  • Computer—An x64 architecture-based computer with Intel processor that supports Intel Extended Memory 64 Technology (Intel EM64T) or AMD processor that supports the AMD64 platform; Intel Itanium family IA64 processors are not supported.
  • Operating system—Microsoft Windows Server 2008 x64 Standard and Enterprise Edition with Service Pack 2 or Microsoft Windows Server 2008 R2 Standard and Enterprise Edition.
  • Operating system—for installing management tools?The 64-bit editions Microsoft Windows Vista or Microsoft Windows 7 or Windows Server 2008. Note: Requirements only for management tools installation.

Additional requirements to run Exchange Server 2010

  • Memory—Minimum of 4 gigabytes (GB) of RAM per server plus 5 megabytes (MB) of RAM recommended for each mailbox.
  • Disk space
    • At least 1.2 GB on the drive used for installation.
    • An additional 500 MB of available disk space for each Unified Messaging (UM) language pack that you plan to install.
    • 200 MB of available disk space on the system drive.
  • Drive—DVD-ROM drive, local or network-accessible.
  • File format—Disk partitions formatted as NTFS file systems.
  • Monitor—Screen resolution 800×600 pixels or higher.

Exchange Server 2010 prerequisites

If these prerequisites are not already installed, the Exchange Server 2010 setup process will prompt and provide links to the installation locations; Internet access is required if the prerequisites are not already installed or available on a local network.

  • Microsoft .NET Framework 3.5 SP1
  • Windows PowerShell v2.0

1. Əgər struktrunuzda Exchange Serverin əvvəlki versiyaları mövcuddursa aşağıdakı siyahıdan Exchange Server 2010-a keçid üçün tələblərə nəzər yetirin. 

2. Active Directory və dəstəklədiyi Exchange Server məhsulları.

3.  Active Directory Domain və Forset Functional Levellərin Server 2003 moduna çəkilməsinə ehityac var.

4.  Əvvəlki Exchange sistemlərindən Exchange Server 2010-a keçid etmək üçün aşağıdakı əmrlər icra olunmalıdır. Bu əmrləri icra edəcək istifadəçi  Schema və Enterprise admin qrupunun üzvü olmalıdır.

Setup.com /PrepareLegacyExchangePermissions
Setup.com /PrepareSchema
Setup.com /PrepareAD
Setup.com /PrepareDomain

Qeyd : Exchange Server 2003 üzərində Server Operation Mode Mixed Moddan Native Moda çəkmək lazımdır. Exchange Server 2007 -dən keçid zamanı Exchange Server 2007-nin Sp2 -yə yüksəldilməsinə ehtiyac var.

5. Aşağıdakı siyahıda bəzi funksiyalar təkmilləşdirilərək Exchange 2010-la daha stabil hala gətirlidi.

Exchange Server 2010 haqqında qarşıdakı məqalələrimizdə daha geniş məlumat verməyə çalışacağıq. Sadəcə başlanğıc olaraq Exchange 2010-nu yeni istifadə və digər verisyalardan upgarde edəcək  istifadəçilər üçün bəzi əsas məqamları izah etməyə çalışdım. Burda qeyd olunmuş addımlar ilkin mərhələyə aid olub bir çox informasiya izah edilməmişdir.  Məqalələrimizin davamında upgarde və fresh install (sıfırdan yükləmə) üçün gərkli addımları izah etməyə çalışacağıq. Başqa bir məqalədə görüşmək diləyilə.

Elgüc Yusifbəyli

_________________

MCT

Müəllif hüquqları qorunur

Baxılıb :3836

3 comments

  1. Zehninize quvvet Elguc muellim. Cox deyerli meqaledir. Umid ediriy bunun davami olacaq inwallah. Bele meqaleler bizim ucun geleceyde boyuk bir stimuldur.

  2. cox gozel, etrafli yazmisiz Elguc muellim, inaniramki cox istifadecilerimize komeyi catacaq inwallah, zehninize quvvet.

  3. Sebrsizlikle gozlediyim meqalelerin ilki. Cox sag olun, elinize sagliq Elguc bey.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.