RSAT vasitəsilə Server Rollarının Windows 7 üzərindən idarə olunması

Xoş gördük. Bu məqaləmizdə Remote Server Administration Tools (RSAT) vasitəsilə Windows Server sistemləri üzərində yüklü olan rolların Windows 7 əməliyyat sistemləri üzərindən necə idarə olunacağına nəzər yetirəcəyik. Adminpack.msi vasitəsilə Windows Xp üzərindən Server 2003 sistemlərindəki rolları idarə etdiyimiz kimi RSAT paketini Microsoftun rəsmi səhifəsindən yükləyərək bu əməliyyatları Windows 7 üzərindən həyata keçirə bilərik.

Remote Server Administration Tools

a) İdarə edə biləcəyimiz Server Sistemləri

– Windows Server 2003, 2008, 2008 R2

b) RSAT dəstəklədiyi Əməliyyat Sistemləri (ƏS)

– Windows 7 Enterprise, Professional,  Ultimate

1. Əməliyyat sisteminizə uyğun RSAT paketini yükləmək üçün aşağıdakı keçidlərdən yararlana bilərsiniz.

a) RSAT Paketini yüklə 

b) RSAT vasitəsilə İdarə oluncaq rolların siyahısı

2. Paket çox sadə şəkildə yüklənir.

3. I Accept – Close

4. Yükləmə tamamlandıqdan sonra Start- Control Panel – Programs and Features – Turn Windows features on or off bölməsinə daxil oluruq.

5. Remote Server Administration Tools altında yerləşən rollaradan ehtiyac olanları seçərək yükləyirik.

6. Artıq  Administrative Tools bölməsini açdıqda Windows 7 üzərindən idarə edəcəyimiz Server rollarının yükləndiyini görürük.

7. Misal üçün DNS xidməti yüklü olan Serverinizə qoşulmaq üçün  DNS Manager üzərindən sağ düymə vasitəsilə Connect to DNS Server seçərək istədiyiniz DNS Serveri idarə edə bilərsiniz.

Digər rolları eyni qayda ilə yükləyərək idarəçəliyi Windows 7 üzərindəndə həyata keçirə bilərsiniz. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli

____________

MCT

Baxılıb :2162

3 comments

  1. Elguc muellim, meqaleye gore cox saqol. Amma meni bir sual dushundurdu, bu hansi halda lazim ola biler? Admin neye gore Serverde idare etmesin ki?? Hansi veziyyetde lazim olduqunu bilsem gelecekde istifade ederem. Onceden tewekkurler..

  2. Bu metod Serverə remote olmadan birbaşa öz komputerindən idarə etmək üçün imkan yaradır. Serverdən uzaq olmaq hər zaman üçün ən düzgün yoldur. Və yaxud Domain üçün Delegate Control verərək lokal adminlər arası müəyyən çərçivədə hüquqlar təyin edə bilərsən. Normalada bütün servislər bir nəfər tərəfindən idarə olunur demək olar ki, bizdə belədir. Əgər Hyper-V, DHCP və s. adminlər başqa başqadırsa bunlarıda nəzərə alamq olar ki, ümumi nəzarəti əldə saxlamaq bir az asanlaşdırılır.

  3. Aydin oldu, Elguc muellim. Etrafli izahata gore tewekkur.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.