Server 2008 R2 üzərində Directory Services Restore Mode şifrəsinin bərpa olunması

Bildiyimiz kimi Active Directory xidmətinin sazlanması zamanı Directory Services Restore Mode (DSRM) üçün bir şifrə təyin edirik. Bu şifrəni təyin etməkdə məqsədimiz Active Directory üzərində çıxan nasazlıqlar zamanı Domain Controller üzərində bəzi əməliyyatların aparılmasına ehtiyac yaranır ki, bu əməliyyatları Domain xidmət verərkən həyata keçirməyimiz hazırda mümkün deyil.  Server 2008 ilə birlikdə gələn  Restartable Active Directory servisi yenədə tam olaraq bizim imdadımıza yetişməyəcək. Misal üçün Acive Directory üzərində Backupdan geri dönərkən mütləq sistemi restart edərək  F8 düyməsilə Directory Services Restore Mode bölməsinə keçərək  bunu kimi bir neçə əməliyyatı gerçəşlədirə bilərik.

Həmin vaxt sistemə daxil olmaq üçün bizə ehtiyac olan  şifrə DSRM şifrəsidir. Əgər bu şifrəni unutmuşuqsa sistemə daxil ola bilməyəcəyik. Bu şifrəni bərpa etmək üçün (yenisi ilə əvəz etmək üçün) bir neçə sadə əmr yazaraq əməliyyatları tamamlayacağıq.

1. Yuxarıda qeyd etdiyim şəkil sizi çaşdırmasın. Domain normal modda fəaliyyət göstərərkən  Start -RUN – ntdsutil yazaraq aşağıdakı addımları tamamlayın.

C:\>ntdsutil

ntdsutil: set dsrm password

Reset DSRM Administrator Password: reset password on server null

Please type password for DS Restore Mode Administrator Account: ***********

Please confirm new password: ***********

Password has been set successfully.

2. Əgər şəbəkənizdə bir neçə DC mövcuddursa hazırda üzərində əməliyyat apardığınız Serverdən birbaşa digər DC-lərin şifrələrini yenisi ilə əvəz edə bilərsiniz. Bu əməliyyatı yerinə yetirərkən null (lokal DC-ni bildirir) bölməsinə digər serverin adını yazmanız yetərlidir.

C:\>ntdsutil

ntdsutil: set dsrm password

Reset DSRM Administrator Password: reset password on server SRV2008BDC

Please type password for DS Restore Mode Administrator Account: ***********

Please confirm new password: ***********

Password has been set successfully.

Bu sadə addımları tamamladıqdan sonra unutduğunuz DSRM şifrəsini yenisi ilə əvəz etmiş olacaqsınız.

Qaynaq: Microsoft.com

Elgüc Yusifbeyli

_______________

MCT

Baxılıb :2487

2 comments

  1. Salam Elguc Mellim dediyiniz bu emeliyyatlar hamnisi Windows 2008 R2 uzerindedi biz bunlari halda elde edek?

  2. Salam. Microsoftun səhifəsindən Server 2008 / R2 yükləyib bu əməliyyatları rahat şəkildə test edə bilərsiniz. 180 gün pulsuz isitfadə etmək hüququnuz var.
    Qeydiyyatdan keçdikdən sonra burdan yükləyə bilərsiniz.

    Server 2008 R2
    http://technet.microsoft.com/en-us/evalcenter/dd459137.aspx

    Əgər mövcud komputerləriniz x64 bit platformasını dəstəkləmirsə. Aşağıdakı keçiddən istifadə edərək x86 paltformasını seçib yükləyin

    http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=8371

    Uğurlar

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.