Kaspersky Administration Kit 8.0 sazlanması (1)

Bu məqaləmizdə Kaspersky  Antivirus Serverin sazlanması yəni öz adı ilə desək Kaspersky Administration Kit  haqqında danışacağıq. Bildiyimiz kimi bir çox böyük şirkətlərdə  istifadəçilər üçün nəzərdə tutulan bir çox əməliyyatlar mərkəzləşmiş sistemlərdən həyata keçirilir.  Bunlardan biridə antivirus sistemləridir. Antivirusların mərkəzdən idarə olunmasının əsas məqsədi  bazaların yenilənməsini, yeni çıxan paketlərin yüklənməsini, komputerlərdəki antivirusların hazırki vəziyyətini və bunun kimi bir çox əməliyyatları idarə etmək və daima nəzarət altında saxlamaq üçündür. Dünyada bir çox şirkətlərin antivirus həlləri mövcuddur. Azərbaycanda daha çox Kaspersky və Symantec məhşurdur. Kaspersky Lab viruslara qarşı mübarizədə özünü təsdiq etmiş şirkətələrdən biridir. Kaspersky tərəfindən təqdim olunan paketlərdə düzgün seçim etmək üçün Kaspersky Product Update  bölməsindən şirkətiniz üçün uyğun paketi seçə bilərsiniz. Bu paketlər arasındakı əsas fərq paketlər içindəki məhsullara görədir. Kaspersky Total Space Security tam paketdir. Misal olaraq qeyd edim ki, Kaspersky Work Space Security və Kaspersky Total Space Security paketi daxilində olan   Kaspersky Anti-Virus for Windows Workstations məhsulunun heç bir fərqi yoxdur. Aşağıdakı qeyd etdiyim siyahdan Kaspersky Total Space Security paketinə aid bütün məhsullar qeyd olunmuşdur.

Kaspersky Work Space Security
Kaspersky Business Space Security
Kaspersky Enterprise Space Security
Kaspersky Total Space Security

Kaspersky Product Update saytından ehtiyacımız olan məhsulu yükləyərək  Server 2008 üzərində Kaspersky Administration Kit 8.0 necə sazlandığına nəzər salaq.

 1. Kaspersky Administration Kit 8.0 seçərək davam edirik.

2. Dataları Export edərək davam edirik.
3. Next deyərək davam edirik. Qeyd edim ki, vacib olmayan şəkilləri əlavə etməyəcəyəm. Bu kimi şəkillərdə hamıya aydındır ki, Nextlə davam etmək lazımdır.
4. Lisenziya şərtlərini  YES deyərək qəbul etdikdən sonra Custom seçərək davam edirik.
5. Kaspersky Lab SHV bölməsini seçməkdə məqsədimiz Microsoft NAP-la inteqrasya etmək üçündür. Əgər mobil qurğulara dəstək verməsini istəyirsinizsə Moble device support  (minimum Kav Admin Kit 8.0.2134) bölməsindən seçə bilərsiniz.


9. Şəbəkəmizdəki komputerlərin sayına görə seçim edərək davam edirik.

 10. Server account bölməsindən istədiyiniz təqdirdə istifadəçi yarada bilərsiniz. Mən avtomatik seçdim. Yükləmə tamamlandıqdan sonra bu istifadəçi adı Serverin istfadəçı bölməsinə əlavə olunacaq.


11. Database tipini seçdikdən sonra davam edirik. 

 11. Bazanın başqa bir SQL Serverdə saxlanılmasını istəyirsinizsə ikinci seçənəkdən istifadə edə bilərsiniz. 
12. Microsoft SQL Server yükləndikdən sonra Microsoft Windows Authentication Mode seçirik.
13. Kav Admin Kitdə  bəzi dataların komputerlərə paylanması üçün shared folder-ə ehtiyac olacaq. İstifadəçilərə yüklənəcək paketlər, update və s. məlumatları həmin qovluq altında saxlanılır.


14. Default portları dəyişdirmək istəsəniz, 1024 -dən yuxarı portlardan istifadə etməyiniz daha düzgün seçim olacaqdır.


15. Kaspersky klientlər serverlə əlaqə qurarkən ad və ya ipdən istifadə edərək əlaqə qurduğu üçün ip dəyişikliyi zamanı bəzi kiçik problemlərlə üzləşməli oluruq. Bunu nəzərə alaraq ada görə seçim etmək məqsədə uyğundur.

16. Son olaraq finish düyməsi ilə əməliyyatımızı tamamlamış oluruq.

İkinci məqaləmizdə Antivirus paketlərinin hazırlanaraq mərkəzi server vasitəsi ilə komputerlərə necə yüklənməsinə nəzər salacağıq.  İnanıram ki, sizlər üçün yararlı bir məqalə olmuşdur. Başqa bir məqalədə görüşmək diləyilə.

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :2796

5 comments

  1. salam Elguc muellim, hemiwe bu programin yuklenmesi ve istifadesi ucun maraqli olmuwam, etrafli izaha gore tewekkur eleyirem ))

  2. Eger azda olsa kicik bir yararimiz toxunursa sizlere. Bilin ki, mende cox sad oluram.

    Ugurlar.

  3. Ətraflı izah etmisən .Təşəkkürlər. İnşallah gələn səfər clientlere nece yazılır. Hemde azda olsa istifadesini yazsan əla olar. Təşəkkürlər

  4. Adminkit lisenziyasi almadan once demo olaraq klientlere yuklemek mumkundurmu ?!

  5. Salam David. Admin Kit idarəçilik üçündür. Yukledikden sonra lisenziya isteyir amma həmin lisenziya klientlərə tətbiq olunacaq lisenziyadır. Lisenziyasız test etmək şansın var.

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.