Forefront TMG 2010 üzərində scriptlərlə əməliyyat aparmaq

Bu məqaləmizdə  Forefront TMG 2010 və yaxud İsa Server 2006 üzərində scriptlərlə bəzi əməliyyatlar apararaq işlərimizi asanlaşdırmağa çalışacağıq. Scriptlərlə biz TMG 2010 üzərində bir çox əməliyyatlar həyata keçirə bilərik. Bir neçə misalla TMG 2010 üzərində scriptlərə necə əməliyyat aparıldığına nəzər yetirək.
1. Burda biz İT şöbəsi üçün bir qrup yaradaraq, istifadəçiləri həmin bölməyə əlavə etməyə çalışsaq, göründüyü kimi biz bütün istifadəçi adlarını bir-bir daxil etmək məcburiyyətində qalacağıq.

İndi isə scriptlə bu əməliyyatı test edək. Usr adında bir mətin faylı yaradaraq Mühasibat adlı şöbənin istifadəçi adlarını və ip adreslərini həmin fayla əlavə etdikdən sonra c:\usr.txt adı ilə yaddaşa verdikdən sonra, c:\isa_script qovluğu altından İsa_Fill_Compter_Set_Computers.vbs adlı scripti aşağıda qeyd olunmuş qaydada çalışdıraq.

Nəticəyə baxdığımız zaman əməliyyatları nə qədər qısaltmış olduğumuzu görürük.


Qeyd etdiym keçiddən istifadə edərək bu scriptlərin bir çoxunu əldə edə bilərsiniz.
TMG 2010 & ISA Server scripts

Jim Harrison’s ISA / TMG Tools Repository

Scriptlərlə Url setlər, domain setlər, backup kimi bir çox əməliyyatlar aparmaq mümkündür.
TMG 2010 üzərindəki konfiqurasiyanı export-import etmək üçün qeyd etdiyim scriptdən istifadə edə bilərik.

1. Export etmək üçün

Option Explicit
‘Declare some variables
Dim fName, IsaRoot, IsaServer
‘Get a reference to ISA server objects
Set IsaRoot = CreateObject(“FPC.Root”)
Set IsaServer = ISARoot.GetContainingArray
‘Filename to export the configuration
fName = “c:\Config.xml”
‘Export the configuration
IsaServer.ExportToFile fName, 0

2.İmport etmək üçün

Option Explicit
Dim fName, IsaRoot, IsaServer
Set IsaRoot = CreateObject(“FPC.Root”)
Set IsaServer = ISARoot.GetContainingArray
fName = “c:\Config.xml”
IsaServer.ImportFromFile fName,0,,,True
Wscript.echo “XML file is imported”
Wscript.quit

Bu keçiddən istifadə edərək bir çox script nümunələri ilə tanış ola bilərsiniz.
İsa Server Administraton Script page
Bu kiçik məqaləmizdə TMG 2010 üzərində scriptlərlə əməliyyat aparmağın mümkün olduğunu sizlərə qısa şəkildə izah etməyə çalışdım. İnanıram sizlərə bir yararı toxunmuşdur. Başqa bir məqalədə görüşmək arzusu ilə.

Elgüc Yusifbəyli
_____________
MCT

Baxılıb :6711

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.