Forefront TMG 2010 Client (7)

Forefront TMG 2010 Client Haqqında

Forefront TMG 2010 Client – şirkət içindəki kompüterlərin internetə çıxarkən Server və Son istfadəçi arasandakı informasiya mübadiləsinin sürətli və təhlükəsiz axmasına təminat verir. Forefront TMG 2010 Client proqramı əslində bir yenilik deyil, dədə baba vaxtından İSA Server paketi içərisində gələn kiçik bir proqramdır. Tək yenilik İnterenet aləmində dolaşarkən, HTTPS yəni SSL dəstəkləyən səhifələr üçün  istifadəçiyə kiçik bir xəbərdarlıq pəncərəsilə bildiriş edər. Ən gözəl funksiyası isə istifadəçi səviyyəsində təsdiqləməni gerçəkləşdirərkən bu əməliyyatı avtomatik həyata keçirməsidir.

-Dəstəklədiyi Əməliyyat Sistemləri

* Windows 7
* Windows Server 2003
* Windows Server 2008
* Windows Vista
* Windows XP

-Dəstəklədiyi İSA Server və TMG

* ISA Server 2004 Standard Edition
* ISA Server 2004 Enterprise Edition
* ISA Server 2006 Standard Edition
* ISA Server 2006 Enterprise Edition
* Forefront TMG MBE (Medium Business Edition)
* Forefront TMG 2010 Standard Edition
* Forefront TMG 2010 Enterprise Edition

Forefront TMG 2010 Client proqramınını bir neçə addımda yükləyəcəyik.

1.TMG 2010 Client proqramını yükləmək üçün – Forefront TMG 2010 diskindən Client bölməsinə daxil oluruq.

2.Next deyərək davam edirik.

3.Next deyərək davam edirik.

4.Yüklənəcək bölməni seçdikdən  Next deyərək davam edirik.

5.Burda iki bölmə ilə qarşılaşırıq.Əgər Şəbəkənizdə Active Directory istifadə edirsinizsə Automatically detect the appropriate Forefront TMG computers seçirk.Biz hazırda  Active Directory istifadə etmədiyimizə görə Connect to this Forefront TMG computers bölməsindən TMG Serverin İp adresini və yaxud Host adını daxil edərək davam edirik.

6.İnstall deyərək davam edirik.

7.Yükləmə tamamlandıqdan sonra aşağıdakı gördüyümuz yaşıl ox işarəsindən bizə aydın olur ki, artıq TMG ilə Tmg Client arasında əlaqə qurulub.Əgər bu yaşıl ox işarəsi qırmızı xişarəsilə əvəz olunubsa demək ki, TMG ilə Tmg Client arasında əlaqə yoxdur.

8. Test  Server deyərək əlaqəni doğrulaya bilərik.

TMG ilə Tmg Client arasında əlaqənin mövcud olduğunu görürüksə demək ki, hər şey qaydasındadır.

9. Web browser bölməsindən Configure Now deyərək İnternet Explorer üzərindəki Proxy bölməsini aktivləşdirə bilərik.

10.İnternet ExplorerConnection  – LAN Settings bölməsindən Proxy bölməsinə nəzər yetirdikdə dəyişikliklərin tətbiq olunduğunun şahidi olacağıq.

Bir məqaləmizində sonuna gəlmiş olduq.İnanıram ki, bu məqalələr gələcək Azərbaycan gəncliyi üçün Bilik Bazası olacaq.
Suallar üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.

Active Directory Migration

Baxılıb :1748

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.