Home / Windows Server / Server 2008 Desktop Experience

Server 2008 Desktop Experience

Server 2008 R2  Desktop  Experience.

Bu  məqaləmizdə Desktop  Experience haqqında danışacağıq. Bildiyimiz kimi Server xidməti göstərəcək  sistemlərdə  bir çox xidmət və əməliyyatlar Microsoft tərəfindən ləvğ olunmuşdur. Bunun əsas səbəbi Serverlərin maksimum səviyyədə  tam sabit işləməsinə nail olmaq və Server üçün gərəksiz olan xidmətlərin boş yerə resursları istfadə etməsinin qarşısını almaqdır.
Misal: Windows Vista və yaxud Windows 7 –də ki temaları və yaxud Media Player kimi bir çox proqramı normal halda Windows Server 2008 və yaxud  Windows Server 2008  R2 üzərində istifadə etmək  imkanımız yoxdur. Amma Microsoft burda bizləri düşünərək Windows Server 2008 ilə birlikdə Server  istifadəçiləri üçün gözəl bir  yenilik gətirib. Əgər  sizdə mənim kimi öz masaüstü kompüterinizdə Server Əməliyyat Sistemi işlətmək istəyirsinizsə burda Desktop  Experience xidməti  bizim imdadımıza yetişəcək.
Windows Server 2008 üzərində Desktop  Experience xidmətini aktivləşdirərək Windows Vista imkanlarına, Windows Server 2008  R2 üzərində Desktop  Experience xidmətini aktivləşdirərək Windows 7-nin imkanlarına malik ola bilərik.Bu qədər izahatdan sonra bir neçə addımla bu əməliyyatı sonlandırırıq.
1.    Server Managar bölməsinə daxil oluruq.

2.Features – Add Features seçərək davam edirik.

3. Qarşımıza çıxan pəncərədən Desktop  Experience xidmətini seçərək İnstall deyirik.


3. Close – deyirik.

4.Restart – deyirik.

Sistem açıldıqda artıq Windows Vista və Windows 7 –nin imkanları  Server 2008 /R2  Əməliyyat Sistemi üzərində aktiv olacaqdır.Əgər Server 2008 R2 üzərində Windows 7 temalarının aktiv olmasını istəyiriksə aşağıdakı addımları izləyirik.

5. Administrative Tools bölməsindən Services bölməsinə daxil oluruq.

6. Themes xidmətini Automatic moda keçirdikdən sonra Start düyməsilə xidməti aktivləşdiririk.

Aşağıdakı keçiddən istifadə edərək Windows 7 Temalarını Server 2008 R2 üzərinə yükləyə bilərik. http://go.microsoft.com/fwlink/?LinkId=109286

Server 2008 R2 üzərində Desktop  Experience xidmətini aktivləşdirdikdən sonra qeyd etdiyimiz aşağıdakı xidmətlərdən yararlana biləcəyik.

•  Windows Media Player
•  Desktop themes
•  Video for Windows (AVI support)
•  Windows SideShow
•  Windows Defender
•  Disk Cleanup
•  Sync Center
•  Sound Recorder
•  Character Map
•  Snipping Tool

Bir məqaləmizində sonuna gəlmiş olduq. İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur. Suallar üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.



http://www.win2008r2workstation.com/win2008r2/sidebar
Baxılıb :1762

About Elgüc Yusifbəyli

MCT

2 comments

  1. Superdir, coxsagol.

  2. Salam.Bele məlumatları onlayn şekildə, həm də Azərbaycan dilində burada göstediyiniz üçün minetdaram.Təşəkkür edirəm.Çox sağ olun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Şərh yazarkən xahiş olunur aşağıda gördüyünüz şəkildəki təlimata cavab verəsiniz.
Bu yoxlanış sizin spam bot olmadığınıza əmin olmaq üçündür.


Scroll To Top
   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.