Forefront TMG 2010 (5)

Forefront TMG 2010 Define Deployment Option.

Məqaləmizin 5 – ci hissəsində Define deployment option bölməsinə nəzər yetirəcəyik. Gördüyümüz kimi TMG – 2010 çox bəsitləşdirilib. Bütün addımlarımızı sehirbazla tamamlayaraq əməliyyatlarımızı sonlandırırq.TMG 2010 –la sehirbazımızın sonuncu bölməsinə keçərək qarışımıza çıxan bölmələrə nəzər salaq.

1. Define deployment option bölməsindən addımlarımıza davam edirik.

2.Bu bölmədən TMG 2010-nun  öz yeniliklərini  Microsoftun Update servisini istifadə edərək yükləməsini seçirik.

3. NİS haqqında qısa bəhs etmişdik.Network İnispection System TMG 2010– nun əsas xüsusiyyətlərindən birdir. TMG 2010 şirkətimizin şəbəkəsinə mudaxilə (atack) etmək istəyənlərin qarşısını NİS vasitəsilə alır.Əgər lisenziyamız varsa bu xidmətlərdən yararlana bilərik.

–          Enable Malware Inispection – İnternetdən daxil olacaq zərərli proqramlar, scriptlər və s. şəbkəmizə daxil olmadan Server üzərində yoxlanılaraq zərərsizləşdirilir.

–          Enable URL  Filtering – İSA Server zamanından bu tərəfə məni ən çox düşündürən suallardan biri idi bu yenilik.Nə üçün biz 3 cü Şirkətlərin proqramını (3 Party) istifadə edərək istəmədiyimiz web səhifələrini bağlamalıyıq.Artıq TMG 2010-la bu məsələ aradan qaldırıldı. TMG 2010 üzərindəki URL Filter Microsoftun Reputation xidmətindən yararlanaraq lazımsız web səhifələrinin Şirkət içərisində yayımlanmasının qarşısını alır.

4.Nis Signature Update Settings – bu xidmətlə TMG yeni çıxmıs zərərli proqram kodalarını, scriptləri əgər yenilik varsa , 15 dəqiqədə bir yeniləyərək imzalayıb sistemə yükləyəcək.Bu o deməkdir ki, artıq həmin zərərli kodlarlar vasitəsilə  sizin şəbəkəyə müdaxilə olunarsa TMG 2010 tərəfindən onun qarşısı alınacaqdır.

–          New Signature Set Configuraton – dəyişməyinizi məsləhtli deyil.Ən son yenilənmiş imza ilə xidmət göstərir.

5.Costumer Feedback –  Bunun bizim üçün demək olar ki önəmi yoxdur.Microsoft üçün önəmlidir. Mən YES deyərək davam edirəm.

6.Microsoft Telemetry Reporting Service – Demək olar ki, Feedback -ə yaxın anlayışdır.Malware ve yaxud müdaxilə olduğunda bu informasiya TMG tərəfindən Microsofta göndəriləcək.Bunu sizin üçün heç bir ziyanı yoxdur.Mən Advanced seçərək davam edirəm.Microsoft Sistemi işlədiriksə demək ki, dəstək olmağımız daha düzgün olar.

7.Finish deyərək əməliyyatı sonlandırırıq.

Bir məqaləmizində sonuna gəlmiş olduq. İnanıram ki, hər kəs üçün yararlı bir məqalə olmuşdur.Suallar üçün www.ITBilikBazasi.net adresindən istifadə edə bilərsiniz.

Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.

Baxılıb :2231

2 comments

  1. Salam Elgüc qardaş.
    Bir sual yarandı məndə Forefront TMG 2010 barədə.
    Bu Software Dropped Rightsda tam funksional ola bilirmi?Dropped rights ( Restricted user Rights- privilegiyanı) nəzərdə tuturam.
    Təbii ki bu softun bəzi componentləri SYSTEM prioritetindən servis kimi işləyir.Amma mənə maraqlısı budur ki, digər komponentlər aşağı privilegiyada işləyə bilirmi?
    Yəni hər hansı diskomfort yaranmırki?

    Öncədən Təşəkkürlər
    Hörmətlə

  2. Xoş gördük.

    Windows üzərindəki servislər hər xidmətin özünə xasdır.Restricted user heç bir funksiya daşıya bilməz.Yəni user hüquqları müəyyən icazələr əsasında təyin olunur.Birdə əgər Servislərin müəyyən user hüququilə xidmət verməsini istəyiriksə bu da mümkündür bir şərtlə ki, bəzi servislərin default olaraq qalmasını Microsoft özü tövsiyyə edir.Windows komponentləridə müəyyən hüquqlar əsasında işlədiyinə görə aşağı hüquqla işləyə bilərlər.Heç bir problem çıxmır.

    Hörmətlə

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.