Forefront TMG 2010 Configure System Settings.
Məqaləmizin 4 cü hissəsində Configure System Settings bölməsinə nəzər yetirəcəyik.Məqalə ardıcılığının pozulmaması üçün bu məqaləmiz çox qısa olacaqdır.TMG 2010 üçün Sistemlə bağlı dəyişiklikləri üç addımda bitirəcəyik.
1. Configure Sistem Settings –Sehirbazı ilə davam edirik.
2. Qarşımıza çıxan bölmələrə nəzər salaq.
– Computer Name: Kompüterin adını dəyişə bilərik.
– Windows Domain: TMG 2010 –nu Active Directory ilə birlikdə çalışdırmaq istəyiriksə, bu bölmədən TMG 2010 -nu Domain-ə daxil edə bilərik.
– Workgroup: TMG 2010 daxil olduğu qrupu dəyişə bilərik.
– DNS Suffix: TMG 2010 üçün birinci dərəcəli DNS Suffix təyin olunur.Əgər TMG 2010 Domain üzərindən xidmət verirsə . TMG 2010 üçün birinci dərəcəli DNS Suffix domain tərəfindən təyin olunur.
3. Finish düyməsilə əməliyyatı tamamlayırıq.
Burada bu kiçik məqaləmizi sonlandıraraq sizlərdən ayrılıram. Gələn məqalədə görüşmək diləyilə. İnanıram ki, bu məqalələr gələcək Azərbaycan gəncliyi üçün İT Bilik Bazası olacaq.
Elgüc Yusifbəyli
_____________
MCT
Müəllif hüquqları qorunur.