Virtuallaşdırma

Virtualization   (Virtuallaşdırma )
Bu məqaləmizdə  Virtuallaşdırma haqqında sizləri məlumatlandıraraq gələcək məqlələrimizdə Hyper-V və Vmware haqqında əhatəli danışmağa çalışacağam. Virtuallaşdırmanın tarixi çox olsada, əsasə son illərdə özünü bazarda  daha inkşaf etmiş formada göstərməyə başlayıb.Virtuallaşdırma nədir ?

Bir fiziki avadanlıq (Server) üzərində bir neçə əməliyyat sisteminin eyni anda çalışdıraraq o avadanlığın fiziki imkanlarını istifadə edərək  çalışması Virtuallaşdırma adlanır. Burda qeyd etdyim cümlə sadəcə serverlər üçün keçərlidir.Çünki Virtuallaşdırma artıq bir çox qollara ayrılıb bunlara misal olaraq  Desktop virtualization , Application virtualization, Network virtualization kimi terminlərlə son zamanlar daha çox qarşılaşamağa başladıq. Virtuallaşdırma  başqa bir təriflə ifadə edilərsə. Fiziki qaynaqlarımızı ehtiyaclarımıza görə virtual hissələrə bölərək,  resusların virtal olaraq tam şəkildə istifadə olunması Virtuallaşdırma adlanır.Virtuallaşdırma biz mütəxəssislərə nə kimi yeniliklər gətirir.

Elektrik enerjisinə qənaət.

Böyük data mərkəzləri üçün gətirdiyi üstünlüklər.

İnformasiyanın qorunması və idarə olunmasına gətirdiyi üstünlüklər.

Mərkəzi İdarəetmə Sisteminin bəsitləşdirlməsi və bunun kimi bir çox misallar çəkmək mümkündür.

Düşünün ki , Server otağınızda 100-lərlə Fiziki Server avadanlıqları mövcuddur. Bu avadanlıqların işlətdiyi elektrik enerjisi və yaxud zədələnmiş bir fiziki serverin dəyişilməsi anında böyük vaxt itkisi, böyük rack otaqları bunları əlaqələndirən switch-lər, belə misallar çox saymaq olar.Halbuki biz 100 ədəd serverimizi 4-5 server üzərindən idarə edə bilərik.  Bu anda bizlər üçün ən gözəl seçim Virtuallaşdırma olacaq. İnternetdə bəzi araşdırmalar aparsaq böyük şirkətlərin Virtuallaşdırma texnologiyasından istifadə edərək  50 – 80 % -ə qədər enerji və pula qənaət  etdiklərini açıq aşkar görə bilərik. Azərbaycanda VMware üzərində hal-hazırda Azercell , Azersun şirkətlərinin serverləri fəaliyyət göstərir. Türkiyədə İntel Şirkətinin Serverləri Hyper-V üzərində fəaliyyət göstərir.Hazırda tamamlamaq üzrə olduğum yeni layihəmdə DGK-nində yeni strukturunda  Virtuallaşdırma  tətbiq edəcəyik.
Bu gün bazarda bu sahədə  demək olar ki iki  firma daha çox  üstünlük təşkil edir Microsoft və VMware.

Hyper-V – Microsoft şirkətinin istehsalıdır. Son iki ildə inkşaf etdirilməsinə baxmayaraq VMware – yə ən  böyük rəqib oldu.

VMware vSphere (ESX 4) – VMware şirkətinin məhsuludur. VMware Virtuallaşdırma sahəsində bazarda böyük paya sahibdir.   
Hazırda Virtuallaşdırma  sahəsində ciddi yeniliklər davam etməkdədir. Zaman içərisində bu iki nəhənglərin   Hyper-V və ESX – (VSphere ) haqqında məqalələr yazmağa davam edəcəyəm. İnanıram ki hər kəs üçün yenilik və yararlı məlumatlar olacaq. Suallar üçün İTBilikBazasi.net portalından istifadə edə bilərisiniz.

Elgüc Yusifbəyli
MCT
________________________
Müəllif hüquqları qorunur


Baxılıb :7573

14 comments

  1. VMware menasizdir. Daha chox VirtualPC ve VirtualBOX 🙂

  2. Salam. Virtual PC və Virtual BOX son istifadəçilər üçün nəzərədə tutulmuş bir softdur.Hyper – V və ESX isə Datacenterlər üçün nəzərdə tutulub.

    Uğurlar

  3. Hilal Sherifli

    Salamlar,
    Vmware-den men hal -hazirda istifade edirem. Amma bir seyi oyrenmek isterdim. Sen dediyin kimi bir Serveri VMware vasitesile 3-4 virtual servere boldukden sonra onu webekede ayri-ayri fiziki avadanliq kimi tanitdirmaq mumkundur? Yeni, user mawinlarindan bu serverlere baglanti vermek olacaq?

  4. Salam Hilal. Beli bu mumkundur. Virtual Switchler üzərindən istədiyin əməliyyatları apara bilərsən.Burda ele bir ciddi çətin məsələ yoxdur.Sadəcə Virtual Serverlər həqiqi fiziki avadanlığın şəbəkə kartını istifadə edərək şəbəkəyə bağlanır.

    Uğurlar

  5. Hilal Sherifli

    Salam, Elguc,

    Melumatina gore cox sagol!

  6. Məlumat mənim üçün yeni olmasada doğma dilimizdə görməyimə sevindim ))
    təşəkkürlər

  7. Salam. Cox sad oldum ki, IT sahesi uzre azeri dilinde de sayt tapdim. VMWare Workstation uzre yeniyem. Men bu proqram vasitesile bir nece emeliyyat sistemleri qurasdirib yoxlamisam. Amma bilmek isterdim ki, bundan basqa VMWare Workstation proqraminda basqa emeliyyatlar da yerine yetirmek olarmi?

  8. VMware istifade edirem.amma hazirki exchange serverim ESXdadi.

  9. Salam WMvareye macintoshu nece yukleyim alinmir. Umumiyyetle Mac-i nece PC-ye yuklemek olar?

  10. Salam Ismayıl.

    Aşağdakı keçiddən istifadə edərək. Mac Os Vmware Workstation üzərinə qura bilərsən. Mac OS PC üzərinə yükləmək olar mümkündür. Aşağıdakı keçiddən yükəyəcəyin proqram qovluğundan windows qovlqu altinda install adli fayl üzərində sağ düymə vuraraq Run As Administrator seç və OK de. Sonra Wmvareni açaraq yeni virtual maşın yardanda orda Apple MAC OSx çıxcaq. İstədiyin sistemi seçib yüklə.

    http://goo.gl/5CZVn

    Uğurlar

  11. Salam Elguc,
    Melumat ucun tewekkur edirem.

  12. Salam Elgun bey necesiz. men hal hazrida VMware vSphere 5.0 (ESXi) isledirem amma backup ede bilmirem neense bu haqda komeklik ede bilersizmi mene

  13. Salam Rəsad bəy,

    Siz virtual maşınların backupını nəzərdə tutursunuz ?. Aşağıdakı şirkətlərin məhsullarından yararlana bilərsiniz.

    http://www.veeam.com/vmware-esx-backup.html
    http://www.symantec.com/products/data-backup-software
    http://www.acronis.eu/products/virtual-environment-backup.html

  14. salam.cox sağolun məlumat üçün.mən necə bilə-bilərəm ki mənim komputerimin cpu-su virtuallaşmanı dəstəkələyir?

Leave a Reply

Your email address will not be published.

   Saytımızın məqsədi Azərbaycanda İT sahəsindəki informasiya çatışmazlığının aradan qaldırılmasına dəstək olmaqdır.Sayt könüllü şəkildə xidmət göstərir.
   Saytda istifadə olunan praktiki materillar laboratoriya şəraitində və müəyyən təcrübə əsasında hazırlanır.
   Saytdakı materilları sisteminizdə tətbiq etmədən öncə sınaqdan keçirilməsi tövsiyə olunur.
   Saytda yazılan informasiyların müəllif icazəsi olmadan digər saytlarda yayımlanması qəti qadağandır.
   Saytın müəllif hüquqları Yusifbəyli.com və Texnologiya Azərbaycan Qrupuna aiddir.
İrad və təkliflərinizi bizə yazmağı unutmayın.